Qətərə səyahət maraqlı sərgüzəştlərdən unudulmaz emosiyalar qazanmağa zəmanət verir. Sahil boyu 560 km-dən çox uzanan ölkə ucsuz-bucaqsız dəniz genişliyi və qeyri-bərabər səhra təpələri ilə qonaqları heyran edəcək. Yaxın Şərqin bütün ən yaxşı əyləncələrini bir yerdə toplayan Qətər dənizdə, quruda və səmada macəralar təklif etməyə hazırdır. Qonaqlara su idman növləri, tematik parklar və ekskursiyalar, o cümlədən səhrada böyük seçim imkanı verilir.
Fuwairit Kite Beach kurortu
Khor Al Adaid-də sandboarding
Sky Masters İdman klubunda yamac paraşütü
Bura dünyanın ən hündür qapalı sürət qatarı və ən böyük sərbəst düşmə qülləsi də daxil olmaqla 30-dan çox attraksionu olan 32.000 kvadratmetr ərazini əhatə edən Msheireb bölgəsindəki qapalı əyləncə parkıdır. Park hər yaş qrupu üçün nəzərdə tutulmuşdur. Bura ideal gün keçirmək üçün əla seçim deyilmi?
Dohanın şimalı Fuwairit Kite Beach-də sörfçüləri üçün ultra müasir kaytsörfinq çimərlik kurortu açılıb. Fuwairit çimərliyi - kurort üçün xüsusi seçilmiş yerdir, burada kaytsörfinq üçün əla şərait var. Burada ilin 9 ayı sörfinq üçün daimi küləklər əsir. Həmçinin bura mükəmməl okean suyuna və yumşaq qumluğa sahibdir. Bütün növ su idman növləri ilə yanaşı, kurortda yoqa studiyası, idman zalı, restoranlar, üzgüçülük hovuzu və bir çox başqa fəaliyyət növləri mövcuddur.
Xizəkçilər və snoubordçular maraqlı sandboarding idmanını kəşf etmək üçün Qətərə gedirlər. Səyahətçiləri Qətər sahilləri boyunca Hor-əl-Adadidə uzanan möhtəşəm dyunlar (qum təpələri) gözləyir. Qum konkisi ilə maksimum sürətlə qumdan aşağı sürüşmək sizə ömür boyu xatırlayacağınız adrenalin həzzini yaşadacaq.
Hündürlüyü 50 metrə qədər olan qum təpələri arasından yalnız SUV avtomobilində edilə bilən səyahət ekstremal idman və macəra həvəskarlarını laqeyd qoymayacaq - təkərlərin altından çıxan qum buludları, mühərrikin gurultusu və valehedici səhranın gözəlliyi mütləq ürək döyüntünüzü sürətləndirəcək. Romantik cütlüklər Gulf Adventures partnyorluğu ilə Qətər Turizmin yeni astro turlarından birini rezervasiya edə bilərlər.
Yaxın Şərqin ən böyük milli hava idmanı mərkəzi olan Sky Masters ilə Qətərdən 500 fut yüksəklikdə unikal hava macərasını yaşayın. Klub turistlərə yamac paraşütünün bütün növlərini (paramotor, paraplan, paraşüt) kəşf etməyi təklif edir, həmçinin yüksək beynəlxalq keyfiyyət standartlarını rəhbər tutaraq bütün lazımi avadanlıq və xidmətləri təqdim edir.
Al Thakira Manqrov meşələrİndə kanoe gəzİntİsİ
Əl-Xor şəhərindən şimalda yerləşən Qətərin möhtəşəm manqrov meşələri boyunca kanoedə gəzmək hər kəsin həyatında ən azı bir dəfə olmalıdır. Yaşıllıqlarla zəngin sahillər quşları özünə cəlb edir: flaminqo, zapel, qışlaq, kulik və hətta pelikanlar bura gəlir. Bənövşəyi ada kimi tanınan Bin Qannam adasının sularından tam zövq almaq və mənzərəli manqrov meşələrini kəşf etmək üçün qayıqlardan istifadə etmək ən yaxşı seçimdir.