Şəhərİn ən məşhur gecə klubları və lounge-ları:
Doha ən müasir göydələnləri və İslam memarlığının şah əsərləri ilə məşhurdur, lakin gecə əyləncələri və barlar şəhərə yeni rəng qatır. Qətərin gecə klubları tərtibatı, akustikası və dəvət olunan qonaqlarının səviyyəsinə görə heç də Qərbdən geri qalmır hətta bəzi hallarda onları üstələyir.
Mondrian Doha Hoteldə yerləşən “Black Orchid” eleqant interyerə və zərif atmosferə malik dəbdəbəli gecə klubudur. Zalın içərisinə doğru aparan "gizli" tunel sizi özəl hiss etdirəcək.
Klub rəqs etmək və pul xərcləmək istəyən hər kəs üçün açıqdır.
Vertigo - Banyan Tree Doha otelindəki Vertigo hazırda unikal və premium mətbəxə, həmçinin unudulmaz tətilə dəyər verənlər üçün ən məşhur lounge-lardan biridir! Otelin
28-ci mərtəbəsində yerləşən Vertigo Lounge & Bar, Doha şəhərinin siluetinə, bulvarına və tarixi hissəsinə heyranedici 360 dərəcəlik görüntüsü olan, Dohanın ən hündür və möhtəşəm lounge-larından biridir.
W Doha otelindəki Wahm lounge dünya səviyyəli
DJ-ləri və əyləncəli gecələri ilə məşhurdur.
Billionaire - Əl Maha adasında yerləşən məşhur gecə klubudur. Bura Lusail şəhərində gecə əyləncələrini sevənlər üçün yeni cazibə nöqtəsidir.