Rəngarəng Bazarlar
Yerli bazarlara getmədən Qətərdə alış-verişi təsəvvür etmək çətindir - məhz burada Yaxın Şərqin əsl koloritini hiss etmək olar. Buradan həm sadə əşyalar, həm suvenirlər (ədviyyatlar, buxur, məhsullar), eləcə də eksklüziv əl işləri, mebel, əntiq əşyalar və s. ala bilərsiniz.

Təkliflərimiz
Təkliflərimiz
Souq Waqif
Qızıl Bazar
Souq Al Wakra
Ənənəvi "Souq-Waqif" bazarı Dohanın ən atmosferli və rəngarəng yerlərindən biridir. Dohanın ən qədim, əsl "canlı" bazarı artıq 100 ildən çoxdur ki fəaliyyət göstərir. "Souq-Waqif" bazarında milli geyim və ədviyyatdan tutmuş zərgərliyə və yerli məhsullara qədər hər şey satılır. Piştaxtalar arasında restoran və qəlyan zonaları da var.
Qızıl və zinət əşyaları almaq üçün Qızıl Bazarına gedirik. Heç bir şey almaq fikrində olmasanız belə, sadəcə olaraq yerli gözəllikdən estetik həzz ala bilərsiniz. Ənənəvi Qətər toy bəzəklərinə baxmaq da maraqlı olacaq.
Qətərdə eyni dərəcədə məşhur olan başqa bir bazar: Ərəb körfəzi sahillərində Dohanın mərkəzindən cəmi 30 dəqiqəlik məsafədə yerləşən Souq Al Wakra. Ənənəvi bazarda bir çox kafe və restoran, suvenir mağazaları, parça şöbəsi və Souq Al Deira dərzilərini tapa bilərsiniz. Bazarın qarşısında məşhur ictimai çimərlik də var.
Falcon Souk
Qeyri-adi və rəngarəng yerlərdən biri də şahin bazarıdır (Falcon Souk). Burada xüsusi təlim keçmiş ov şahini və ov üçün lazım olan bütün əşyaları ala bilərsiniz. Bu yer həm də adi gəzinti turu üçün də çox maraqlıdır.
MENYU