Unİkal Tİcarət Mərkəzlərİ
Alış-verişi sevirsən? Doha, demək olar ki, istədiyiniz hər bir şeyi ala biləcəyiniz ticarət mərkəzlərinin və bazarların sayı ilə həmçinin qiymət səviyyəsi ilə sizi təəccübləndirəcək. Biz aşağıda Dohanın ən yaxşı mall-larının və ticarət mərkəzlərinin siyahısını topladıq.
Bura klassik Fransız memarlığından ilhamlanmış 1,150,000 kvadratmetrlik ekstravaqant ticarət mərkəzidir.
Dörd mərtəbəli, açıq konseptli ticarət mərkəzində bütün qlobal moda brendləri də daxil olmaqla 580 lüks və orta səviyyəli mağazalar var. O cümlədən hipermarket, kanala baxan kafe və restoranlar, kinoteatrlar və digər əyləncə məkanları da var.
Cəlbedici Venesiya üslublu ticarət və əyləncə mərkəzi Villaggio sizlərə münasib mağazalardan lüks mağazalara, müxtəlif kafe və restoranlardan əyləncə parklarına qədər bir çox şey təklif edir.
Qondollarla tamamlanan qapalı kanal alıcıları ticarət mərkəzinin bir qanadı boyunca apararaq onları birbaşa lüks brendlərin yerləşdiyi yüksək səviyyəli Via Domo küçəsinə çıxarır. Dior, Dolce & Gabbana, Gucci, Louis Vuitton, Fendi, Bulgari və Cartier Via Domo-nun qızıl dəhlizlərində təmsil olunan brendlərdən yalnız bəziləridir.
Qətərin əyləncə, moda və dünya səviyyəli restoranlarının yer aldığı ən sevimli məkanı Doha Festival City-ni kəşf edin. Təmsil olunan brendlərdən bəzilərinin adını çəkmək olarsa Dior Beauty Boutique, Harvey Nichols, Charlotte Tilbury və Khiel’s daxil olmaqla 550-dən çox mağaza və tanınmış brendlər burada yer alır.
Klassik ləzzətli yeməklərdən tutmuş ən gözəl yeməkxanalara, kafe və restoranlara qədər 100-dən çox restoran burada sizin ixtiyarınızdadır.
Mall of Qatar 500 mağaza, restoran və kafe təklif edir. Ticarət mərkəzinin fərqli fasadından tutmuş nəfəs kəsən interyerlərinə qədər hər bir hissəsi unudulmaz təcrübə vəd edir.
Mall of Qatar-ın ən fərqləndirici xüsusiyyəti 30 metrlik mənzərəli atriumu olan "Oasis"dir. Bu dinamik məkan əkilmiş və canlı ağac dayaq sütunları ilə abadlaşdırılmışdır. Yollar cəlbedici şəkildə əyridir və restoranlarda əyləşən qonaqlar il boyu əyləncəni təmin edən unikal, xüsusi dizayn edilmiş çoxsaylı liftlərlə 360 dərəcə fırlanan səhnəyə tamaşa edir.
“Ən yüksək səviyyə” kimi tərcümə olunan Əl-Həzm Ticarət Mərkəzi, gəzinti boyunca yerləşən dükanları, kafeləri və restoranları ilə italyan üslubunda tikilmiş yerli əhalinin sevimli məkanıdır.
Əl-Həzm Mall-un inşası 8 il çəkib, bu da buranın detallara necə böyük diqqətlə yanaşılmasının bariz sübutudur.Qalereya - 40 metrlik şüşə günbəzlə örtülmüş daş və mərmərdən ibarət arkadadır. Klassik yunan və Roma üslublu sütunlar və fəvvarələr elə dizayn edilmişdir ki, ziyarətçilər Doxanın mərkəzində olarkən Avropa təcrübəsinə yaşasınlar.
Dohanın mərkəzində Katara Cultural Village-də yerləşən Galeries Lafayette-də Paris alış-verişindən həzz alın.
Galeries Lafayette Doha, il boyu bir çox maraqlı şənliklərə və mədəni tədbirlərə ev sahibliyi edən Katara Mədəniyyət Kəndinin mərkəzində yerləşir və bu əraziyə çoxlu turist cəlb edir.
Galeries Lafayette dünya üzrə dəri məmulatları, zərgərlik məmulatları, saatlar və hazır geyim dəbi üzrə ixtisaslaşan 400-dən çox dizayner brendini, həmçinin 1500 kvadratmetrdən çox restoran və kafeni özündə cəmləşdirir.
Nüfuzlu Paris univermağı PRINTEMPS Doha, Fransadan kənarda dünyada ikincidir.
PRINTEMPS qonaqlara yüksək səviyyəli əyləncə, eklektik yemək seçimləri və dünyanın hər yerindən yeni və köklü dizaynerlərin geniş seçimini özündə əks etdirən müxtəlif mağazalar təklif edir.
3 mərtəbəli 40.000 m²-lik elliptik memarlıq şah əsəri kimi dizayn edilmiş Printemps Doha istənilən alış-veriş təcrübəsini zənginləşdirəcək yeni texnologiyalarla təchiz edilmişdir. Hər bir detal müştərilərin həyatını asanlaşdırmaq və gözəlləşdirmək üçün təşkil edilmişdir.